20 Yanvar şəhidləri yad olunub

20 yanvar 2026

Ölkəmizin hər yerində olduğu kimi Gəncədə də 20 Yanvar şəhidlərinin xatirəsi anılır. Klubumuz tərəfindən də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanlar hörmətlə yad olunub. Klub rəhbərliyi, əsas komandanın üzvləri, eləcə də akademiyanın məşqçiləri 20 Yanvar abidəsini ziyarət ediblər. Abidə önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna ehtiram ifadə olunub, dualar oxunub.

Ana səhifəyə geri dön