Azər Bağırov: "Cavab matçında daha fərqli oynamağa çalışacağıq"
"Turan Tovuz" ilə oyundan sonra komandamızın baş məşqçisi Azər Bağırovun açıqlamaları: "Kubokun ilk oyunu çox maraqlı alındı, yaxşı mübarizə apardıq. Düşünürəm ki, cavab matçında daha fərqli oynamağa çalışacağıq. İlk hissədə 9 yerli futbolçu ilə meydanda idik. Bu bizim üçün yeni çağırış idi. Növbəti oyunlarda daha məsuliyyətli olub, turu keçməyə çalışacağıq".