Azər Bağırov: "İstəmədiyimiz bir məğlubiyyət aldıq"

31 yanvar 2026

"Şamaxı" ilə oyundan sonra komandamızın baş məşqçisi Azər Bağırovun açıqlamaları: "Oyunun çətin olacağını, ötən turda alınan məğlubiyyətdən sonra "Şamaxı"nın bu görüşə daha məsuliyyətli yanaşacağını bilirdik. Biz də maksimum şəkildə matça hazırlaşmaq istədik. Təəssüflər olsun ki, səhvlər elədik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqibi təbrik edirəm. Çempionatın ikinci hissəsi yeni başlayıb. Qarşıda çətin oyunlarımız var. İnanıram ki, öhdəsindən gələcəyik".

Ana səhifəyə geri dön