Azər Bağırov: "Komanda yaxşı təsir bağışladı"

17 yanvar 2026

"Karvan-Yevlax" ilə yoxlama oyunundan sonra komandamızın baş məşqçisi Azər Bağırovun açıqlamaları: "Oyun yaxşı keçdi. Bu matçda da gənc futbolçulara və yeni transferlərimizə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. 1 günlük istirahətdən sonra "Qababağ"la oyunun hazırlıqlarına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq". 

Ana səhifəyə geri dön