HÖRMƏTLİ "KƏPƏZ" PFK AZARKEŞLƏRİ
Sizi 20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçiriləcək REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimat Sərgisinə dəvət edirik.
Bu nüfuzlu sərgiyə Gəncənin qürur mənbəyi olan "Kəpəz" klubu da qatılacaq.
Klubumuzun tarixində ilk dəfə iştirak edəcəyimiz EXPO-da "Kəpəz"ə aid stendlə yanaşı, fan-shop da fəaliyyət göstərəcək.
Gəlin, sahibkarlarla tanış olun, yeni məhsul və xidmətləri kəşf edin, hədiyyələr qazanın, biznes və yeniliklərlə dolu sərginin iştirakçısı olun.
Sizi gözləyirik!
Gəncə İdman Sarayı
20–21 noyabr 2026