"Kəpəz" 1/8 finalda

28 oktyabr 2026

Bu gün "Kəpəz" klubu Azərbaycan kuboku uğrunda yarışın II təsnifat mərhələsi çərçivəsində "Baku Sportinq"i qəbul edib. Komandamızın baş məşqçisi Azər Məmmədov bu oyunda əsasən gənc futbolçulara şans verib. 

 

Görüşə fəal başlayan "sarı-göylər" hesabı erkən açıblar. Vadim Abdullayev 2-ci dəqiqədə fərqlənib. Lakin rəqib az sonra hesabda tarazlığı bərpa edib.

 

İkinci hissədə əvəzləmələrin sayəsində tam üstünlüyə yiyələnən "Kəpəz" nəticədə istəyinə çatıb.

 

Beləliklə, komandamız 1/8 finala yüksəlib. Bu mərhələdə rəqib "Turan Tovuz" olacaq.

 

Azərbaycan kuboku, II təsnifat mərhələsi

 

"Kəpəz" - "Baku Sportinq" 3:1

Vadim Abdullayev, 2; Cəfər Əlizadə, 77 (avtoqol); Hüseyn Babayev, 79 - Əli Babayi, 12

Ana səhifəyə geri dön