"Kəpəz"dən növbəti səfər qələbəsi
"Kəpəz" Misli Premyer Liqasında növbəti dəfə səfərdə qələbə qazanıb. Azər Məmmədovun yetirmələri Sumqayıtda "Şəfa"nı məğlub edib - 2:1.
Komandamız hələ birinci hissədə hesabı aça bilərdi. Ancaq Viktor Stina 20-ci dəqiqədə penaltini qola çevirə bilməyib.
Fasilədən sonra "Şəfa" fərqlənib. Buna baxmayaraq, ruhdan düşməyən "sarı-göylər" mübarizəni davam etdirərək istəklərinə nail olublar. 74-cü dəqiqədə rəqibin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini oyunu yüksək səviyyədə keçirən Şakir Seyidov dəqiq yerinə yetirib. Bundan 6 dəqiqə sonra Benito matçda son nöqtəni qoyub.
Beləliklə, cari mövsümdə 4-cü dəfə qələbəyə sevinən "Kəpəz" 14 xalla 6-cı pilləyə yüksəlib.
Misli Premyer Liqası, IX tur
"Şəfa" - "Kəpəz" 1:2
Maudo Jarjue, 55 - Şakir Seyidov, 74 (pen.); Benito, 80