Xoş gəldin, Mate Abuladze
Komandamız qış fasiləsində növbəti transferini reallaşdırıb. “Kəpəz” heyətini gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib. 25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Mate Abuladze mövsümün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.