Yeni rekord olacaq: bütün biletlər satıldı!

20 noyabr 2026

Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb.

Bu, 15363 yerlik Gəncə şəhər stadionunda tamaşaçı sayına görə mövsümün rekordunun qeydə alınacağını qabaqcadan söyləməyə əsas verir. 

Hazırda nə onlayn platformada, nə də fiziki kassada bilet qalıb. 

Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları  qarşıdakı günlərdə bağlı olacaq. 

Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" görüşü bazar günü saat 17-də başlanacaq.

Ana səhifəyə geri dön