Yoxlama matçında heç-heçə

14 noyabr 2026

Milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranan fasilədə hazırlığını davam etdirən "Kəpəz" yoxlama matçı keçirib. 

Komandamız bu gün "Kəpəz" Məşq Mərkəzində l Liqa təmsilçisi "Gəncəbasar"la qarşılaşıb. 

Oyun 1:1 hesabı ilə yekunlaşıb. "Sar-göylər"in heyətində Kennet Kalunqa fərqlənib. 

Qeyd edək ki, "Kəpəz"in növbəti sınağı noyabrın 22-də doğma azarkeşlər önündə "Qarabağ"a qarşı olacaq.

Ana səhifəyə geri dön