Xoş qayıtdın, Orxan Əliyev
Transfer çalışmalarını davam etdirən komandamız daha bir futbolçunun keçidini rəsmiləşdirib. Orxan Əliyev "Kəpəz" ilə bir illik müqavilə imzalayıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən Əliyev son olaraq "Araz Naxçıvan"da oynayıb. 28 yaşlı futbolçu 2015-2016 və 2016-2017-ci illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.